Ofis mühəndisi

Crystal Group of Companies

Şirkət
Crystal Group of Companies
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
04.12.2026

Vakansiya haqqında:

  • Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsində çalışmaq üçün peşəkar və təcrübəli Sahə Mühəndisi axtarır.
  • Namizəd tikinti-quraşdırma işlərinin sahədə təşkilinə, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına, işçi qüvvəsinin koordinasiyasına və tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun aparılmasına cavabdeh olacaqdır.
  • Bu vəzifə inşaat mühəndisliyi üzrə ali təhsilə, tikinti sahəsində geniş praktiki təcrübəyə və tikinti proseslərinin sahədə idarə olunması bacarığına malik mütəxəssislər üçün nəzərdə tutulub.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək
  • Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək
  • Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək
  • İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək
  • Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq
  • Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək
  • Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək
  • Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək
  • Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq
  • Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək
  • Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək

Namizədə dair tələblər:

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
  • Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi
  • Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə
  • Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar
  • Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı
  • Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər
  • Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
  • Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı
  • Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq

Qeyd: Maraqlanan namizədlərdən CV-lərini göndərmələri xahiş olunur. Mövzu: "Sahə Mühəndisi – Qarabağ". Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial saxlanılır, müvafiq məlumat seçim mərhələsində namizədlə müzakirə ediləcək.

Bacarıqlar: İnşaat mühəndisliyi, Tikinti-quraşdırma işləri, Layihə sənədləri, İşçi çertyojlar, Texniki spesifikasiyalar, Tikinti norma və qaydaları, Texniki standartlar, Keyfiyyətə nəzarət, Tikinti materialları, İş qrafikləri, AutoCAD, MS Office