- Müxtəlif psixi sağlamlıq pozuntularından əziyyət çəkən pasiyentlərlə birbaşa işləmək və yüksək səviyyədə tibbi xidmət göstərmək.
- Pasiyentin psixoloji və fiziki vəziyyətini, sosial fonunu, düşüncələrini, əvvəlki xəstəlik tarixçəsini və mövcud risk faktorlarını təhlil edərək qiymətləndirmə aparmaq.
- Pasiyentlərlə aparılan bütün görüşlər, müşahidələr və qərarlar barədə ətraflı qeydiyyat aparmaq.
- Digər tibb mütəxəssisləri ilə əməkdaşlıq edərək psixoloji, tibbi və sosial müdaxilələri özündə birləşdirən müvafiq müalicə planlarını hazırlamaq.
- Zəruri hallarda dərman müalicəsi təyin etmək.
- Müalicənin gedişatını davamlı olaraq izləmək və qiymətləndirmək.
- Fiziologiya, anatomiya, psixologiya, farmakologiya və psixi sağlamlıq qanunvericiliyini dərindən bilmək, həmçinin psixi sağlamlığa təsir edən sosial amillərdən xəbərdar olmaq.
- Psixiatrik tibb bacıları, psixoloqlar, terapevtlər və digər mütəxəssislərdən ibarət multidissiplinar komanda ilə sıx əməkdaşlıq etmək və ya bu komandaya rəhbərlik etmək.
- Vəzifənizin səviyyəsindən asılı olaraq, gənc tibb işçilərini təlimləndirmək və onların fəaliyyətinə nəzarət etmək.
- Elmi araşdırmalar aparmaq və sahə ilə bağlı yenilikləri daima izləmək.
Tələblər
- Ali tibbi təhsil və psixiatriya üzrə rezidentura təhsili.
- Minimum 3–5 il klinik iş təcrübəsi.
- Xaricdə təhsil almış olmaq üstünlükdür.
- Scopus və Web of Science kimi beynəlxalq elmi bazalarda indekslənmiş məqalələrin müəllifi olmaq üstünlük hesab olunur.
- Psixiatriya sahəsində müasir diaqnostika və müalicə protokollarını bilmək.
- Multidisiplinar komanda ilə işləmək bacarığı və yüksək kommunikasiya mədəniyyəti.
- Mürəkkəb klinik vəziyyətlərdə qərarvermə bacarığı və emosional dözümlülük.
- Pasient hüquqları, etik qaydalar və məxfilik tələbləri ilə bağlı biliyə sahib olmaq.
- İngilis dilində sərbəst danışa bilmək mütləq tələblərdən biridir.
Bacarıqlar: Psixiatriya, Psixiatrik diaqnostika, Müalicə protokolları, Dərman müalicəsi, Farmakologiya, Anatomiya, Fiziologiya, Psixologiya, Pasiyent qiymətləndirməsi, Tibbi qeydiyyat, Pasiyent hüquqları, İngilis dili