Elektrik (Caspian Plaza)

AQA Şirkətlər Qrupu

Şirkət
AQA Şirkətlər Qrupu
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
05.12.2026

AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Elektrik" vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Binaların elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • İşıqlandırma, rozetka, açar, kabel xətləri və elektrik avadanlıqlarının quraşdırılması, yoxlanılması və təmirinin həyata keçirilməsi;
  • Elektrik panelləri, avtomat açarlar, kabellər və torpaqlama sistemlərinin texniki vəziyyətinə nəzarət edilməsi;
  • Elektrik nasazlıqlarının, qısaqapanma və digər texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
  • Elektrik avadanlıqlarının profilaktik baxış və texniki xidmət işlərinin aparılması;
  • Generator və UPS sistemlərinin işinə nəzarət edilməsi, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Elektrik ölçü cihazlarından istifadə etməklə yoxlama və ölçmə işlərinin aparılması;
  • Lift, havalandırma və kondisioner sistemlərinin elektrik təchizatı ilə bağlı ilkin texniki yoxlamaların həyata keçirilməsi;
  • Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • İcra olunan işlər, istifadə edilən materiallar və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);
  • Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
  • Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;
  • Fiziki cəhətdən sağlam;
  • Məsulliyyətlilik, punktuallıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Əlavə məlumat:

  • İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;
  • İş saatı: 09:00-18:00.
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

Bacarıqlar: Elektrik sistemləri, Elektrik avadanlıqları, Elektrik panelləri, Avtomat açarlar, Torpaqlama sistemləri, Generator sistemləri, UPS sistemləri, Elektrik ölçü cihazları, Elektrik təhlükəsizliyi, Yanğın təhlükəsizliyi, Elektrik və elektronika, Texniki xidmət