Satışa dəstək şöbəsinin mütəxəssisi ("ADY Ekspress" MMC)

Azərbaycan Dəmir Yolları

Şirkət
Azərbaycan Dəmir Yolları
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
20.11.2026
  • Konteyner daşınmaları üçün müştəri tərəfindən göndərilən sifarişlərin dəqiq və vaxtında daxili proqrama işlənməsini təmin etmək;
  • Konteyner daşınmaları üzrə cari müştərilərdən daxil olan müraciətlərin və sorğuların cavablandırılmasını təmin etmək, məlumatları operativ və tam təqdim etmək;
  • Müştəriləri daşımalarla bağlı bütün lazımi sənədlərlə (hesabları, təlimatları, aktları və digər müşayiət sənədləri) təmin etmək;
  • Konteyner daşınmaları üzrə müvafiq dövri hesabatlar aparmaq və aidiyyəti üzrə göndərmək;
  • Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
  • Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
  • Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il stajı arzuolunandır;
  • Dil bilikləri: Rus dili (sərbəst) və ingilis dili (yaxşı);
  • Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə);
  • Müştəri xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallara aid biliklər;
  • Azərbaycan Resplublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər;
  • Müştəri xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi haqqında biliklər;
  • Sənəd dövriyyəsinə dair biliklər;
  • Komanda işi;
  • Müştəri yönümlülük;
  • Yazılı ünsiyyət;

Bacarıqlar: Rus dili, İngilis dili, Microsoft Office, Konteyner daşımaları, Müştəri xidmətləri, İstehlakçı hüquqları, Hesabatların tərtibi, Sənəd dövriyyəsi