Vəzifə: Kredit mütəxəssisi (İstehlak)
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi və kredit məhsullarının təqdim olunması;
- Kredit müraciətlərinin qəbulu və ilkin təhlili;
- Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Kredit portfelinin monitorinqi və ödənişlərə nəzarət;
- Gecikmiş ödənişlərin azaldılması istiqamətində tədbirlərin görülməsi;
- Yeni müştəri bazasının formalaşdırılması və satış hədəflərinin yerinə yetirilməsi.
Biz nə təklif edirik?
- Rəsmi əməkdaşlıq və ödənişli təcrübə imkanı;
- Əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi — vəzifə və əməkdaşlıq şərtlərinə uyğun olaraq;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Dinamik və dəstəkləyici iş mühiti.
- 5 günlük iş qrafiki
- Korporativ mobil nömrə
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Bank və ya BOKT sahəsində təcrübə arzuolunandır;
- Ünsiyyət və satış bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və öyrənməyə həvəs;
- MS Office proqramlarından istifadə bacarığı;
- Regionda işləmək imkanı.
- Yaş: 20-35
Bacarıqlar: Kredit analizi, Kredit rəsmiləşdirilməsi, Kredit portfeli monitorinqi, Ödənişlərə nəzarət, Gecikmiş ödənişlərin idarə edilməsi, Müştəri cəlbi, Satış, MS Office