- Bankın Baş ofisinə kağız daşıyıcıda daxil olan məktub korrespondensiyasını və sənədləri Bankdaxili qaydalara uyğun yoxlamaq, qəbul etmək, qeydiyyatını aparmaq və/və ya aidiyyəti üzrə təqdim edilməsini/göndərilməsini təşkil etmək;
- Bankdan göndərilən məktub korrespondensiyalarını çeşidləmək və qeydiyyatını aparmaq;
- Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri vasitəsilə məktubların daşınmasını təmin etmək;
- Bankın əməkdaşlarının daxil olan məktublar korrespondensiyaları və bankdan çıxan göndərişlər, onların çatdırılma məlumatları ilə bağlı sorğularının cavablandırılması;
- Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə sənədləri Bankın Mühasibat uçotu və hesabatlılıq İdarəsinə təqdim etmək.
Tələblər
- Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
- Ofis ləvazimatları ilə işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Bacarıqlar: Azərbaycan dili, Rus dili, İngilis dili, Kompüter bilikləri, Ofis avadanlıqları, Sənəd dövriyyəsi, Korrespondensiya qeydiyyatı, Hesab-faktura yoxlanışı