Avropada təhsil üzrə mütəxəssis

Evolead Xaricdə Təhsil Şirkəti

Şirkət
Evolead Xaricdə Təhsil Şirkəti
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
10.12.2026

Evolead Xaricdə Təhsil Şirkəti Avropa ölkələri üzrə xaricdə təhsil sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarışındadır.

Vakansiya haqqında

  • Avropa ölkələrinin ali təhsil sistemləri və universitetlərə qəbul prosedurları haqqında bilik.
  • Avropa universitetlərini sıfırdan araşdırmaq, qəbul şərtlərini, təhsil haqlarını və təqaüd imkanlarını təhlil etmək.
  • Yeni universitetlər tapmaq və universitetlərlə əməkdaşlıq əlaqələri qurmaq.
  • Universitet nümayəndələri ilə ingilis dilində onlayn və əyani görüşlər (meetinglər) təşkil etmək və danışıqlar aparmaq.
  • Universitetlərlə partnyorluq müqavilələrinin bağlanması prosesini idarə etmək.
  • Güclü satış və müştəriyönümlü ünsiyyət bacarıqlarına sahib olmaq.
  • Tələbələrə uyğun universitet və proqramları müəyyənləşdirmək, müraciətləri satışa çevirmək.
  • İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.(Mütləqdir)
  • Avropa üzrə Xaricdə təhsil sahəsində iş təcrübəsi üstünlükdür.

İş şəraiti

  • İş qrafiki: Həftədə 6 gün
  • İş saatları: 10:00–19:00
  • İş yeri: Bakı şəhəri, Nizami metrosu
  • Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Bonus sistemi mövcuddur. Hər uğurlu satış üzrə əlavə bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994998090307

Bacarıqlar: Avropa təhsil sistemləri, Universitet qəbul prosedurları, Universitet araşdırması, Təqaüd təhlili, Tərəfdaşlıq müqavilələri, İngilis dili, Satış, Müştəri xidməti