Risklərin idarə edilməsi üzrə təcrübəçi

PMD Group MMC

Şirkət
PMD Group MMC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
11.12.2026
  • Biznes prosesləri üzrə potensial risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində mütəxəssislərə dəstək göstərmək;
  • Risk reyestrlərinin və əsas risk indikatorları (KRI) üzrə məlumatların yenilənməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların, təqdimatların və analitik cədvəllərin hazırlanması üçün məlumatları toplamaq, təhlil etmək və sistemləşdirmək;
  • Daxili nəzarət yoxlamaları çərçivəsində müvafiq sənədlərin toplanmasına, yoxlama nümunələrinin seçilməsinə və nəticələrin sənədləşdirilməsinə dəstək vermək;
  • Daxili qayda və prosedurların hazırlanması, biznes proseslərinin xəritələndirilməsi üzrə işlərdə iştirak etmək;
  • Audit və daxili nəzarət yoxlamalarının nəticələri əsasında hazırlanmış tədbirlər planlarının icra vəziyyətinin izlənilməsinə və müvafiq məlumatların yenilənməsinə dəstək göstərmək;
  • Risklərin idarə edilməsi və daxili nəzarət sahəsi üzrə qanunvericiliyi, daxili normativ sənədləri və beynəlxalq standartları araşdırmaq;
  • Şöbənin gündəlik əməliyyat, analitik və inzibati fəaliyyətinə dəstək göstərmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, audit və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Risklərin idarə edilməsi, daxili nəzarət və audit sahələrinə dair ilkin biliklərə malik olmaq;
  • MS Excel, Word və PowerPoint proqramlarından istifadə bacarığına malik olmaq;
  • Azərbaycan dilini mükəmməl, ingilis yüksək, rus dili biliyi üstünlükdür;
  • Analitik düşünmə, məlumatlarla işləmə və araşdırma bacarığına malik olmaq.

Bacarıqlar: Risklərin idarə edilməsi, Daxili nəzarət, Audit, Excel, Word, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili, Məlumat təhlili, Biznes proseslərinin xəritələndirilməsi