Data Mühəndisliyi Şöbə Müdiri

Veysəloğlu MMC

Şirkət
Veysəloğlu MMC
Şəhər
Bakı
İş rejimi
Hibrid
Məşğulluq
Tam ştat
Son müraciət
11.12.2026

Ümumi məlumat

Şirkətin məlumat infrastrukturlarının

qurulması və inkişaf etdirilməsi, məlumatların müxtəlif mənbələrdən toplanması,

emalı, inteqrasiyası və saxlanılması proseslərinin idarə olunması, Data mühəndisliyi

həllərinin tətbiqi və şöbənin fəaliyyətinin effektiv təşkilini təmin etmək.

Öhdəliklər

Şöbənin fəaliyyətini təşkil etmək,

iş proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təkliflər

hazırlamaq;

Şirkətin məlumatlarının müxtəlif

mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərini təşkil

etmək;

Data infrastrukturlarının və məlumat

axınlarının layihələndirilməsini, qurulmasını və təkmilləşdirilməsini təmin etmək;

Məlumatların toplanması və

emalı üçün ETL/ELT proseslərinin hazırlanmasına və düzgün fəaliyyətinə nəzarət

etmək;

Data Warehouse və Data Lake

arxitekturalarının qurulması və inkişaf etdirilməsi istiqamətində işləri təşkil

etmək;

Məlumat bazalarının və məlumat

emalı sistemlərinin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinə nəzarət etmək;

Böyük həcmli məlumatların emalı

və inteqrasiyası üçün müasir texnologiyaların tətbiqini təmin etmək;

Data mühəndisliyi sahəsində

qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflər hazırlamaq;

Şöbənin fəaliyyət istiqamətləri

üzrə texniki tələbləri və parametrləri müəyyənləşdirmək və təsdiq üçün təqdim

etmək;

Məlumatların keyfiyyətinin,

bütövlüyünün və informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

Data mühəndisliyi fəaliyyətini

təmin edən proqram təminatı və avadanlıqların quraşdırılması və fasiləsiz işləməsini

təşkil etmək;

Şöbənin fəaliyyət istiqamətləri

üzrə dövri hesabatlar hazırlamaq;

Şöbə əməkdaşlarının fəaliyyətinə,

təliminə və peşəkar inkişafına nəzarət etmək;

Şirkətin digər struktur bölmələri

ilə effektiv əməkdaşlığı təmin etmək;

Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə

uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti və

şirkət tərəfindən təqdim olunan imtiyazlar

  • Əməkhaqqı: Namizədin peşəkar bilik və təcrübəsi

nəzərə alınmaqla müsahibə əsasında müəyyən edilir;

  • İş rejimi: 5 günlük iş həftəsi, 08:00–17:00,

08:30–17:30 və ya 09:00–18:00 saatları arasında seçim imkanı;

  • Hibrid iş modeli: Həftə ərzində distant

(məsafədən) işləmək imkanı;

  • Yemək və nəqliyyat təminatı: Yemək xərclərinin

qarşılanması və korporativ nəqliyyat servisindən istifadə imkanı;

  • Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təmin

olunma;

  • Peşəkar inkişaf: Udemy onlayn təlim platformasına

çıxış imkanı;

  • Təlim və inkişaf: Yerli və beynəlxalq peşəkar

təlimlərdə iştirak imkanı;

  • Əlavə imtiyazlar: Vəzifə səviyyəsinə uyğun olaraq

şirkətin digər korporativ imtiyazlarından yararlanmaq imkanı.

Tələblər

İnformasiya texnologiyaları,

Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;

Data Engineering sahəsində

minimum 5 il iş təcrübəsi;

Rəhbər vəzifədə və komanda idarəetməsi

üzrə minimum 2 il iş təcrübəsi;

SQL və Python proqramlaşdırma

dilləri üzrə yüksək səviyyədə biliklər;

ETL/ELT proseslərinin qurulması

və idarə olunması üzrə praktiki təcrübə;

Data Warehouse, Data Lake və

Data Modeling üzrə biliklər;

Böyük həcmli məlumatların

emalı, inteqrasiyası və transformasiyası üzrə təcrübə;

Məlumat bazaları və paylanmış məlumat

emalı texnologiyaları üzrə biliklər;

Apache Airflow, Apache Spark,

Apache Kafka və oxşar texnologiyalarla iş təcrübəsi;

AWS, Microsoft Azure və ya

Google Cloud Platform kimi bulud texnologiyaları üzrə biliklər;

Microsoft Fabric

Data infrastrukturlarının layihələndirilməsi,

optimallaşdırılması və idarə olunması bacarığı;

Məlumat təhlükəsizliyi və məlumat

keyfiyyətinin idarə olunması prinsipləri üzrə biliklər;

Texniki problemlərin təhlili və

effektiv həll yollarının müəyyənləşdirilməsi bacarığı;

Bacarıqlar: SQL, Python, ETL/ELT, Data Warehouse, Data Lake, Data Modeling, Distributed Data Processing, Apache Airflow, Apache Spark, Apache Kafka, Cloud Computing, Microsoft Fabric