- Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
- Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq.
- Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq.
- Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək.
- Otaqların açarlarına ciddi nəzarəti təmin etmək.
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
- Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq.
- İtən və tapılan əşyalar haqqında xəbər vermək.
- Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.
- İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq.
- Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək.
İş yeri: Excelsior Hotel & Spa Curio Collection by Hilton, Bakı şəhəri, Heydər Əliyev prospekti 2
Tələblər
Təhsil
- Turizm və ya oxşar sahələrdə təhsil
İş təcrübəsi
- Otelçilik və ya müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Bilik və Bacarıqlar
- Müştəri xidməti bacarığı, qonaqlara mehriban və peşəkar xidmət göstərmək.
- Otel qaydaları və prosedurlarını bilmək, giriş və çıxış prosedurlarını anlamaq və tətbiq etmək.
- Fiziki dayanıqlılıq
- Vaxtın idarə olunması və operativlik, qonaqların istəklərini tez və səmərəli yerinə yetirmək.
- Problem həll etmə bacarığı, qonaqların qarşılaşdığı çətinliklərə sürətli və effektiv həll yolları tapmaq.
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Bacarıqlar: Müştəri xidməti, Otel prosedurları, Qeydiyyat prosedurları, Çıxış prosedurları, Problem həlli, MS Office, Ofis texnikası, Azərbaycan dili, Rus dili, İngilis dili, Turizm biliyi