Aparıcı mütəxəssis – Katiblik (Protokol üzrə)

Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti

Şirkət
Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
13.12.2026
  • Beynəlxalq əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları toplayır və ümumiləşdirir;
  • Azərbaycana səfərə gələn qonaqların lazımi hallarda səfərinin təşkilində iştirak edir və qonaqların müşayiət olunmasında iştirak edir;
  • Rəhbərliyin və digər struktur bölmə əməkdaşlarının xarici ölkələrə səfərlərinin təşkilində iştirak edir;
  • Xarici ölkələrin, beynəlxalq təşkilatların və yerli təşkilatçıların keçirdiyi tədbirlərdə iştirak edir;
  • Arayış, tezis və digər analitik məlumatları hazırlayır, yenilənməsinində iştirak edir;
  • Beynəlxalq tərəfdaşlar, xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak edir.

Tələblər

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)

İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 2 il ümumi iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili, İngilis dili (İngilis dili - C1 səviyyəsində, Rus dili arzuolunandır)

Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

Punktuallıq və çeviklik;

Problem həll etmə bacarıqları;

Detallara diqqət;

Komandada işləmək bacarığı;

Analitik düşünmə bacarığı.

Bacarıqlar: Azərbaycan dili, İngilis dili, Rus dili, Microsoft Office, Elektron sənəd dövriyyəsi, Rəsmi yazışmalar, Beynəlxalq əməkdaşlıq, Səfər təşkili, Tədbir təşkili, Analitik məlumatlar, Protokol işi