Memar-Dizayner

Karabakh Group

Şirkət
Karabakh Group
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
27.11.2026

Əsas vəzifələr:

  • Sifarişçinin tələblərini və üslub seçimlərini müəyyənləşdirmək
  • Obyektə baxış keçirmək, ölçüləri dəqiqləşdirmək və mövcud texniki məhdudiyyətləri nəzərə almaq
  • Memarlıq-planlaşdırma həlləri, eskizlər, konseptlər və funksional zonalaşdırma planları hazırlamaq
  • İnteryer və eksteryer üzrə 3D modellər və fotorealistik vizualizasiyalar hazırlamaq
  • İşçi çertyojları, texniki düyünləri, material və avadanlıq spesifikasiyalarını tərtib etmək
  • Material, rəng, tekstura, mebel və işıqlandırma həllərini seçmək
  • Memarlıq həllərini konstruksiya, elektrik, mexanika, su-kanalizasiya və havalandırma bölmələri ilə uzlaşdırmaq
  • Layihənin büdcələndirilməsi üçün material siyahılarını hazırlamaq və alternativləri qiymət-keyfiyyət baxımından qiymətləndirmək
  • Sifarişçi ilə layihə həllərini razılaşdırmaq və təsdiqlənmiş dəyişiklikləri layihəyə daxil etmək
  • Tikinti və quraşdırma mərhələsində müəllif nəzarətində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişlər təklif etmək

Tələblər:

  • AutoCAD və ya ArchiCAD proqramlarında işləmək bacarığı
  • 3D modelləşdirmə proqramlarından (3ds Max, Revit, Blender və ya SketchUp) birində yüksək səviyyədə bilik

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Corona Renderer və ya V-Ray kimi render mühərrikləri ilə işləmək bacarığı
  • Lumion, Twinmotion və ya Unreal Engine proqramlarında vizualizasiya təcrübəsi
  • Adobe Photoshop proqramında işləmək bacarığı
  • Memarlıq çertyojlarını, planları, kəsikləri və fasadları oxumaq bacarığı
  • Tikinti materialları, teksturalar, işıqlandırma və konstruktiv həllər haqqında biliklər
  • İş proseslərinin optimallaşdırılması üçün süni intellekt alətlərindən istifadə bacarığı
  • Komandada işləmək, texniki məsələləri koordinasiya etmək və vaxtı düzgün idarə etmək bacarığı

Şəxsi keyfiyyətlər:

  • Detallara qarşı yüksək diqqət
  • Analitik və yaradıcı düşüncə
  • Məsuliyyətlilik və dəqiqlik
  • Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
  • Tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı

Müraciət qaydası:

  • CV və portfolio nümunələrini [email protected] elektron poçt ünvanına göndərmək

Bacarıqlar: AutoCAD, ArchiCAD, 3ds Max, Revit, Blender, SketchUp, Corona Renderer, V-Ray, Lumion, Twinmotion, Unreal Engine, Adobe Photoshop