Kənd təsərrüfatı texnikaları üzrə mühəndis

Azersun Holding

Şirkət
Azersun Holding
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
27.11.2026

Əsas vəzifələr:

  • Kənd təsərrüfatı texnikalarının (traktorlar, kombaynlar və digər avadanlıqlar) fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi
  • Texniki xidmət, profilaktik baxış və təmir planlarının hazırlanması, icrasının təşkili və nəzarətdə saxlanılması
  • Əkin, becərmə və yığım mövsümlərinə uyğun olaraq texnikaların işə hazırlığının təmin edilməsi
  • Pivot, damcı və digər suvarma sistemlərinin düzgün və səmərəli fəaliyyətinə nəzarət edilməsi
  • Texniki nasazlıqların operativ aradan qaldırılması məqsədilə texniki heyətin işinin təşkili və yönləndirilməsi
  • Texnika və avadanlıqlar üçün ehtiyat hissələrinin vaxtında təmin edilməsinin təşkili
  • Yanacaq, yağ və digər texniki materialların sərfiyyatına nəzarət edilməsi və xərclərin optimallaşdırılması
  • Yeni kənd təsərrüfatı texnikalarının seçilməsi, satın alınması və istismara verilməsi prosesinin idarə edilməsi
  • GPS və aqrotexniki monitorinq sistemlərinin tətbiqinin təşkili və istifadəsinə nəzarət edilməsi
  • Texniki heyətin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması
  • Əməyin mühafizəsi, iş təhlükəsizliyi və texnikaların istismar qaydalarına riayət olunmasına nəzarət edilməsi

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Texniki xidmət və təmir xərclərinin büdcəsinin planlaşdırılması, büdcəyə uyğun icrasının təmin edilməsi
  • Texnikaların istismar vəziyyəti, texniki xidmətlər və xərclər üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi, bazar ertəsi – cümə günləri, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin edilir

Tələblər:

  • Ali təhsil (mexanika, elektrik, avtomatika, sənaye mühəndisliyi və ya əlaqəli mühəndislik sahələri üzrə)
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (aqrotexnika və ya kənd təsərrüfatı sahəsində təcrübəyə üstünlük verilir)
  • Traktorlar, kombaynlar, səpin və yığım avadanlıqları daxil olmaqla, kənd təsərrüfatı texnikalarının istismarı üzrə biliklər
  • Pivot, damcı və yağmurlama suvarma sistemləri üzrə praktiki təcrübə
  • Texniki xidmət və təmir proseslərinin təşkili və idarə edilməsi bacarığı
  • Ehtiyat hissələrinin və texniki təchizatın planlaşdırılması üzrə təcrübə
  • Enerji və yanacaq sərfiyyatının optimallaşdırılması üzrə biliklər
  • MS Office proqramları və müvafiq texniki proqram təminatları ilə işləmək bacarığı
  • Komandanın idarə edilməsi və liderlik bacarıqları
  • Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək bacarığı
  • Əməyin mühafizəsi və iş təhlükəsizliyi (HSE) qaydaları üzrə biliklər

Bacarıqlar: Kənd təsərrüfatı texnikaları, Suvarma sistemləri, Texniki xidmət, Təmir idarəetməsi, Ehtiyat hissələri planlaşdırması, Yanacaq optimallaşdırması, GPS, Aqrotexniki monitorinq, Microsoft Office, HSE, Büdcə planlaşdırması