Bölmə: SOCAR Downstream M.
Vəzifənin adı: Keyfiyyət üzrə böyük mühəndis (Sertifikatlaşdırma üzrə mühəndis)
SOCAR Downstream MMC, Layihələr Departamenti "Keyfiyyət üzrə böyük mühəndis (Sertifikatlaşdırma üzrə mühəndis)" vəzifəsi üzrə vakansiya elan edir
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
Əsas vəzifə öhdəlikləri
- Podratçının tamamlanma və təhvil-təslim sənədlərini (Completion Management Procedure, System Handover Procedure, sistem və alt sistemlərin bölgüsü və sərhəd limitləri, yoxlama vərəqələri / ITR şablonları, sertifikat formaları) nəzərdən keçirmək və onların layihə tələblərinə uyğunluğu barədə rəy bildirmək;
- Podratçının Tamamlanmanın İdarə Edilməsi Sisteminin (Completion Management System – CMS) məlumat bazasına nəzarət etmək, avadanlıq tag reyestrlərinin, ITR-lərin, punch list bəndlərinin və sertifikatların düzgün qeydiyyata alınmasını, yenilənməsini və müvafiq sistem və alt sistemlərlə əlaqələndirilərək izlənilə bilməsini təmin etmək;
- Tikinti mərhələsinə aid (A tipli) və istismara vermə öncəsi mərhələyə aid (B tipli) yoxlama vərəqələrinin / ITR-lərin düzgün doldurulmasını, imzalanmasını və obyektiv sübutlarla (sınaq hesabatları, NDT hesabatları, kalibrləmə qeydləri və s.) təsdiqlənməsini yoxlamaq;
- Mexaniki tamamlanma üzrə sahə yoxlamalarında (Mechanical Completion Walkdown) iştirak etmək və yoxlamaları müşahidə etmək; Punch List bəndlərinin müəyyənləşdirilməsini, A/B/C kateqoriyaları üzrə təsnifatını və vaxtında aradan qaldırılmasını yoxlamaq;
- Mexaniki Tamamlanma Sertifikatlarını (MCC), İstismara Verməyə Hazırlıq Sertifikatlarını (RFC), İlkin İşəsalmaya Hazırlıq Sertifikatlarını (RFSU) və Sistem Təhvil-Təslim Sertifikatlarını, eləcə də müvafiq sertifikasiya sənədlərini Şirkətin qəbulundan əvvəl nəzərdən keçirmək və yoxlamaq;
- Təhvil-təslim dosyelərindəki keyfiyyətə dair qeydlərin tamlığını və izlənilə bilməsini yoxlamaq. Buraya sınaq paketləri (hidrostatik / pnevmatik sınaqlar), qaynaq və NDT qeydləri, material sertifikatları, kalibrləmə sertifikatları və istehsalçı sənədləri daxildir;
- Hər bir sistem üzrə Uyğunsuzluq Hesabatlarının (NCR), Texniki Sorğuların (TQ), sahə dəyişikliklərinin və faktiki icra vəziyyətini əks etdirən çertyojlar üzrə düzəlişlərin (As-built Mark-ups) sistemin təhvil verilməsindən əvvəl bağlanmasını və ya rəsmi qaydada təhvil verilməsini təmin etmək;
- Tamamlanma, istismara vermə öncəsi və təhvil-təslim mərhələlərində avadanlıq və sistemlərin konservasiyası (Preservation) ilə bağlı Podratçının qeydlərini yoxlamaq;
- Yekun sənədləri, İstehsalçı Məlumat Qeydlərini (Manufacturer’s Data Records – MDRs), faktiki icra vəziyyətini əks etdirən çertyojları (As-built Drawings) və Yekun Keyfiyyət Dosyelərini (Final Quality Dossiers) layihənin sənədləşdirmə tələblərinə uyğunluq baxımından nəzərdən keçirmək;
- Təhvil-təslim ardıcıllığı, sistemlərin prioritetləri və sərhəd limitləri ilə bağlı Tikinti, İstismara Vermə Öncesi / İstismara Vermə, Əməliyyat və Mühəndislik komandaları arasında koordinasiyanı təmin etmək;
- Tamamlanma prosesi ilə bağlı qeydiyyat jurnallarını və reyestrləri aparmaq və yeniləmək. Buraya sertifikat reyestrləri, Punch List statusu, təhvil-təslim üzrə izləmə cədvəlləri və sənəd dosyelərinin yoxlanılması jurnalları daxildir.
Namizədə tələblər:
- Mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi (Mexanika, Elektrik, Avtomatika və cihazlaşdırma, Kimya mühəndisliyi və ya əlaqəli ixtisaslar);
- Neft-qaz və ya neft-kimya layihələrində tamamlanma və sertifikatlaşdırma, istismara vermə öncəsi işlər və ya QA/QC sahəsində minimum 3 il iş təcrübəsi. Mexaniki tamamlanma və təhvil-təslim mərhələlərini əhatə edən ən azı bir iri EPC layihəsində iştirak təcrübəsi;
- Mexaniki tamamlanma, istismara vermə öncəsi işlər, sistem əsaslı sertifikatlaşdırma və təhvil-təslim prosesləri üzrə yüksək səviyyədə bilik və anlayış;
- Tamamlanmanın İdarə Edilməsi Sistemləri (CMS) ilə praktiki iş təcrübəsi, həmçinin MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
- Neft-qaz və ya neft-kimya sənayesində tətbiq olunan norma, qayda və standartlar (Codes and Standards) barədə məlumatlılıq.
İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu)
Son müraciət tarixi: 25 Noyabr 2026
Vakansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 51 233 65 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Bacarıqlar: Mexaniki tamamlanma, İstismara vermə, Təhvil-təslim, Sistem əsaslı sertifikatlaşdırma, QA/QC, CMS, Excel, Neft-qaz standartları, Punch List, NDT, Kalibrləmə, As-built çertyojlar