VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri/aparıcı müştəri meneceri/baş müştəri meneceri

ABB

Şirkət
ABB
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
16.12.2026

Görəcəyiniz işlər:

  • Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni VİP müştərilərin banka cəlbi və məhsul satışının həyata keçirilməsi;
  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat verilməsi, təqdimat edilməsi;
  • Müştəri sorğularının bankdaxili strukturlarla koordinasiya edilməsi, əməkdaşlıq və müraciət zamanı prosesin təqib edilməsi, yarana biləcək problemlərin həllinə sonadək dəstək olunması;
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibinin həyata keçirilməsi;
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsidir.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan və rus dilləri üzrə səlis danışığa (ingilis dili arzu olunandır);
  • Bank təcrübəsinə (mütləqdir);
  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Bacarıqlar: İqtisadi təhsil, Azərbaycan dili, Rus dili, İngilis dili, Bank işi, Pərakəndə bankçılıq, Korporativ bankçılıq, Satış, Müştəri idarəetməsi, Müştəri xidməti, Kredit gecikmələri