Elektrik

ABB

Şirkət
ABB
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
11.12.2026

Görəcəyiniz işlər:

  • Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
  • İdarə olunan və olunmayan işıqlandırma cihazlarının (lampaların) dəyişdirilməsi, tələb olunan halda təmiri;
  • Bütün görülən işlər haqqında qeydlərin aparılması və hesabatın hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali və ya orta ixtisas təhsilli (elektrik);
  • Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • 10 kV-luq transformator məntəqəsinin 0,4 kV tərəfinə texniki qulluq etmə (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir);
  • Avtomatik rejimli dizel generatorlarla işləmə bacarığı;
  • Qazanxana avadanlıqları, soyutma CHILLER, VRV və kondisionerlərlə işləmə bacarığı;
  • İnvertorlu mühərriklərlə işləmə bacarığı;
  • Gərginlik tənzimləyiciləri (gərginlik stabilizatorları) ilə işləmə bacarığı;
  • UPS sistemləri ilə işləmə bacarığı;
  • Kontaktor, rele, avtomat və s. cihazlarla işləmə bacarığı;
  • Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS) ilə işləmə bacarığı;
  • Yanğınsöndürmə sistemləri ilə işləmə bacarığı olan şəxsdir.

Bacarıqlar: Elektrik, Elektrik lövhələri, İşıqlandırma cihazları, Transformator məntəqəsi, Dizel generatorlar, Qazanxana avadanlıqları, CHILLER, VRV, Kondisionerlər, İnvertorlu mühərriklər, UPS sistemləri, BMS