Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi

ABB

Şirkət
ABB
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
30.11.2026

Görəcəyiniz işlər:

∙ Əsas maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət-zərər və s);

∙ Rəhbərliyin tələblərinə əsasən (gündəlik/aylıq/rüblük/illik) hesabatların hazırlanması;

∙ Hesabat və analitik məqsədlər üçün Rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması;

∙ Tələb olunan hesabat formasına uyğun düzgün datanın əldə olunması, datanın yoxlanılması və təhlil olunması, tələb olunan hesabat formasına uyğunlaşdırılması (iri həcmli data ilə işləmə bacarığı);

∙ Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;

∙ Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlərin görülməsi.

Bizim üçün uyğun namizəd:

∙ Ali təhsil (Maliyyə istiqaməti üzrə);

∙ ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;

∙ Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 3 il iş təcrübəsinə sahib;

∙ SQL, MS Office proqramlarında işləmə təcrübəsi;

∙ İnduktiv və analitik təhlil bacarığına sahib;

∙ Yaradıcılıq və innovasiya bacarığına sahib;

∙ Problemləri həll etmə bacarığına malik;

∙ Layihələrin idarə olunması bacarığına sahib olan şəxsdir.

Bacarıqlar: Maliyyə hesabatlığı, Maliyyə təhlili, Data analitikası, SQL, MS Office, İnduktiv təhlil, Analitik təhlil, Layihə idarəetməsi, Maliyyə sertifikatları