Görəcəyiniz işlər:
- Veb-saytın inkişaf planını hazırlamaq, prioritetləri müəyyənləşdirmək və icrasını koordinasiya etmək;
- Saytın gündəlik fəaliyyətini və inkişafını idarə etmək, kontentin mütəmadi dərcini və aktuallığını təmin etmək;
- Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək;
- Orqanik trafikin və oxucu auditoriyasının artırılması üçün SEO strategiyasını və fəaliyyət planını hazırlamaq, icrasını izləmək;
- Açar söz, axtarış niyyəti və rəqib təhlilləri apararaq trafik potensialı olan mövzuları müəyyənləşdirmək;
- İstifadəçilərin maraqları, axtarış tələbi və mövsümi trendlər əsasında kontent planı hazırlamaq, əlaqəli mövzular üzrə məqalə qrupları formalaşdırmaq;
- Kopirayterlərə və kontent vendorlarına məqalə brifləri hazırlamaq, materialların keyfiyyətinə, oxunaqlılığına və SEO tələblərinə uyğunluğuna nəzarət etmək;
- Mövcud məqalələrin nəticələrini təhlil etmək, yenilənməsi və optimallaşdırılması üçün imkanları müəyyənləşdirmək;
- Səhifə başlıqları, meta təsvirlər, başlıq strukturu, şəkillər və daxili keçidlər daxil olmaqla səhifədaxili SEO işlərini həyata keçirmək;
- Texniki SEO auditləri aparmaq, aşkarlanan problemlərin aradan qaldırılması üçün proqramçılar və vendorlarla işi koordinasiya etmək;
- Ahrefs, Google Search Console və Google Analytics 4 vasitəsilə orqanik trafik, axtarış görünürlüyü, kliklər, CTR və oxucu davranışlarını təhlil etmək, mütəmadi hesabatlar hazırlamaq;
- Saytda naviqasiyanı, əlaqəli məqalələrin təqdimatını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün təkliflər vermək;
- Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə sahib olan (marketinq, kommunikasiya, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır);
- SEO və veb-saytların idarə edilməsi sahəsində minimum 2 il praktiki iş təcrübəsinə sahib olan;
- SEO üzrə həyata keçirdiyi layihələri, şəxsi töhfəsini və əldə etdiyi ölçülə bilən nəticələri əks etdirən portfolioya sahib olan — müraciət zamanı portfolionun təqdim edilməsi mütləqdir;
- Ahrefs və Google Search Console alətləri ilə sərbəst işləmə bacarığına sahib olan;
- Açar söz araşdırması, axtarış niyyətinin təhlili, texniki SEO, səhifədaxili və səhifədənkənar optimallaşdırma üzrə praktiki biliklərə sahib olan;
- SEO əsaslı kontent planları və məqalə brifləri hazırlamaq, mövcud kontentin effektivliyini qiymətləndirmək bacarığına sahib olan;
- Vendorlarla işləmək, tapşırıqların icrasını koordinasiya etmək və bir neçə iş istiqamətini paralel idarə etmək təcrübəsinə sahib olan;
- WordPress, Strapi və ya digər CMS platformaları ilə işləmə bacarığına sahib olan;
- Google Tag Manager üzrə fundamental biliklərə sahib olan;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olan;
- Analitik düşünmə, təşəbbüskarlıq, detallara diqqət, planlaşdırma və prioritetləşdirmə bacarıqlarına sahib olan;
- Bloq, onlayn jurnal və ya geniş kontent bazası olan platformalarda orqanik trafikin artırılması təcrübəsinə sahib olan namizədlərə üstünlük verilir;
- Google Ads və Meta Ads üzrə bilik və praktiki təcrübəyə sahib olan şəxsdir.
Bacarıqlar: SEO, Veb-sayt idarəetməsi, Ahrefs, Google Search Console, Google Analytics 4, Açar söz araşdırması, Texniki SEO, Səhifədaxili SEO, Səhifədənkənar SEO, WordPress, Strapi, Google Tag Manager