Poliklinika tibb bacısı

Qarabağ Universitetinin Klinikası

Şirkət
Qarabağ Universitetinin Klinikası
Şəhər
Azərbaycan
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
16.12.2026

Vəzifə öhdəlikləri:

  • Həkim təyinatlarına uyğun olaraq tibbi prosedur və manipulyasiyaları həyata keçirmək;
  • Pasiyentləri müayinə və tibbi prosedurlara hazırlamaq;
  • Həkimə ambulator müayinə və prosedurlar zamanı assistentlik etmək;
  • Pasiyentlərin həyati göstəricilərini (arterial təzyiq, nəbz, temperatur və s.) ölçmək və qeydiyyatını aparmaq;
  • İnyeksiya, infuziya, sarğı və digər tibbi manipulyasiyaları səlahiyyətləri çərçivəsində icra etmək;
  • Tibbi avadanlıq və alətlərin istifadəyə hazırlığını təmin etmək;
  • Tibbi sənədləşməni və elektron qeydiyyatı müəyyən edilmiş qaydalara uyğun aparmaq;
  • İnfeksiyaya nəzarət, aseptika, antiseptika və sanitariya-gigiyena qaydalarına riayət etmək;
  • Tibbi tullantıların düzgün çeşidlənməsini və utilizasiyaya təhvil verilməsini təmin etmək;
  • Pasiyentlərin təhlükəsizliyini və tibbi məlumatların məxfiliyini qorumaq.

Tələblər

Namizədə tələblər:

  • Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili;
  • Müvafiq ixtisas üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsi (qanunvericiliyin tələblərinə uyğun);
  • Poliklinika və ya digər tibb müəssisələrində müvafiq iş təcrübəsi arzuolunandır;
  • İnyeksiya, infuziya, sarğı və digər əsas tibb bacısı prosedurlarını icra etmək bacarığı;
  • Aseptika, antiseptika və infeksiyaya nəzarət qaydaları üzrə biliklər;
  • Tibbi sənədləşmə və kompüter proqramları ilə işləmək bacarığı;

Bacarıqlar: Tibb bacısı, Sertifikasiya şəhadətnaməsi, İnyeksiya, İnfuziya, Sarğı, Aseptika, Antiseptika, İnfeksiyaya nəzarət, Tibbi sənədləşmə, Kompüter proqramları