Böyük mütəxəssis (Strateji idarəetmə departamenti)

Milli Kibertəhlükəsizlik Agentliyi

Şirkət
Milli Kibertəhlükəsizlik Agentliyi
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
16.12.2026
  • Strateji idarəetmə üzrə metodoloji sənədlərin formalaşdırılması və yeni çağırışlara uyğunluğunun təmin edilməsi prosesində iştirak etmək;
  • Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində qurumdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirmək;
  • Milli strategiya və dövlət proqramları üzrə qurumun icraçı olduğu tədbirlərin icrası üzrə monitorinq və hesabatlıq prosesində iştirak etmək;
  • Dövrü olaraq qurumun strategiyasının formalaşdırılması istiqamətində strateji təhlillərin aparılması və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak etmək;
  • Strateji təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesində iştirak etmək;
  • Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlamaq, eləcə də, təşəbbüslərin icrası üzrə koordinasiyanı həyata keçirmək;
  • Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparmaq;

Tələblər

  • Strateji idarəetmə və biznes strategiyasının hazırlanması üzrə praktiki biliklər;
  • Layihələrin idarə edilməsi metodologiyaları üzrə praktiki biliklər;
  • Maliyyə və iqtisadi təhlil üzrə baza bilikləri;
  • Analitik təhlil, məlumatların şərhi və hesabatların hazırlanması üzrə bacarıqlar;
  • Təqdimatların hazırlanması və peşəkar yazılı kommunikasiya üzrə bacarıqlar.

İş qrafiki: Həftənin 5 günü (08:00-17:00 və ya 09:00-18:00).

Bacarıqlar: Strateji idarəetmə, Biznes strategiyası, Layihə idarəetməsi, Maliyyə təhlili, İqtisadi təhlil, Analitik təhlil, Məlumatların şərhi, Hesabatların hazırlanması, Təqdimatların hazırlanması, Yazılı kommunikasiya