Maaş: 800-1300
İnsanlarla ünsiyyət qurmağı sevirsiniz, satış sahəsində təcrübəniz var və beynəlxalq şirkətdə karyera qurmaq istəyirsiniz? JYSK sizi komandamıza qoşulmağa dəvət edir!
İş qrafiki: növbəli, 6 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimi üzrə peşəkar məsləhət vermək və satışları həyata keçirmək
- Yüksək səviyyədə müştəri xidməti göstərmək
- Məhsulların VM və planogram standartlarına uyğun şəkildə yerləşdirilməsini təmin etmək
- Kassa əməliyyatlarını həyata keçirmək
- Malların qəbulu, hazırlanması və inventarizasiya prosesində iştirak etmək
- JYSK standartlarına riayət etmək və komanda nəticələrinə töhfə vermək
Tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
- Yüksək ünsiyyət və müştəriyönümlülük
- Məsuliyyətlilik, enerjililik və pozitiv yanaşma
- Komandada işləmək və inkişaf etmək istəyi
Şirkət nə təklif edir:
- Rəsmi əmək müqaviləsi
- 800–1300 AZN əmək haqqı
- Davamlı təlim və inkişaf proqramları
- Beynəlxalq şirkətdə karyera yüksəlişi imkanları
- Müasir və rahat iş mühiti
- Peşəkar və mehriban komanda
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.
Bacarıqlar: Satış, Müştəri xidməti, Kassa əməliyyatları, İnventarizasiya, Planogram, Azərbaycan dili, Rus dili