Maaş: 1200
Karvan L MMC şirkəti korporativ müştərilərlə işin qurulması, yeni müştərilərin cəlb edilməsi və satış həcminin artırılması məqsədilə təcrübəli mütəxəssis axtarır.
Əsas vəzifələr:
- Yerli və xarici bazarlarda potensial müştərilərin müəyyən edilməsi
- Yeni korporativ müştərilərin cəlb edilməsi
- Şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi
- Kommersiya təkliflərinin hazırlanması
- Satış danışıqlarının aparılması
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması
- Müqavilələrin bağlanması prosesinin idarə edilməsi
Namizədə tələblər:
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək
- Marketinq, PR və ya korporativ satış sahəsində minimum 5 il iş təcrübəsi
- B2B satış və işgüzar danışıqlar aparmaq bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Məsuliyyətli və nəticəyönümlü olmaq
İş şəraiti:
- İşəgötürən: Karvan L MMC
- İş ünvanı: Bakı şəhəri, 8 Noyabr prospekti, 22/32
- İş rejimi: 6 günlük iş həftəsi
- Əməkhaqqı: 1200 AZN-dən başlayaraq
- Rəsmiləşmə: Əmək müqaviləsi əsasında
Bacarıqlar: Azərbaycan dili, İngilis dili, Marketinq, PR, B2B satış, İşgüzar danışıqlar, Təqdimat, Kommersiya təklifləri, Müqavilə bağlanması