Korporativ katiblik şöbəsinin İdarəetmə orqanları və komitələrlə iş bölməsinin mütəxəssisi

Birbank

Şirkət
Birbank
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
21.11.2026

Bu rol bankın idarəetmə orqanlarının, komitə və komissiyalarının fəaliyyətinin qüsursuz, şəffaf və operativ şəkildə təşkil edilməsini təmin etmək üçün açılıb. Komanda yoldaşımız strateji qərarların sənədləşdirilməsi, qərarların izlənməsi və korporativ idarəetmə proseslərinin mərkəzində dayanaraq Bir ekosisteminin effektiv idarəetmə mexanizminə birbaşa dəyər qatacaq

Vəzifə öhdəlikləri

Bankın idarəetmə orqanlarının, komitə və komissiyalarının iclaslarını təşkil etmək;

İclaslarda müzakirə edilmiş qərarlar üzrə protokolları tərtib edib imza üçün təqdim etmək;

Protokolları aidiyyatı üzrə göndərmək;

Protokol qərarları üzrə reyestrləri tərtib etmək;

İclas protokollarının ayrıca qovluqlarda komplektləşdirilməsi və saxlanılmasını həyata keçirmək;

Bankın idarəetmə orqanlarının, komitələrinin səlahiyyətlərini, funksiyalarını dəqiq bilmək, əsasnamə üzrə fəaliyyətini təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və rus dilində səlis danışıq və yazılı ünsiyyət bacarıqları;
  • İngilis dili biliyi üstünlükdür;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
  • Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • Dəyişən mühitə çevik adaptasiya.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Bacarıqlar: Azərbaycan dili, Rus dili, İngilis dili, Bankçılıq, Korporativ idarəetmə, İclasların təşkili, Protokol tərtibi, Reyestr tərtibi, Sənədləşdirmə