Mühasib

Aviation Services Group

Şirkət
Aviation Services Group
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Maaş
1000 AZN
Son müraciət
17.12.2026

Aviation Services Group-un Sky Catering filialı “Mühasib” vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun bütün sahələri üzrə (əsas vəsaitlər, əmtəə-maddi qiymətlər, istehsal xərcləri, debitor və kreditor borcları, göstərilən xidmətlər və s.) operativ və düzgün uçotunu həyata keçirir;
  • Pul vəsaitlərinin və inventarın bütün hərəkəti ilə bağlı əməliyyatları vaxtında və qanunvericiliyə uyğun olaraq mühasibat uçotunda əks etdirir;
  • Vergi uçotunu aparır, müvafiq hesabatları hazırlayır və vaxtında təqdim edir;
  • İtki və qeyri-məhsuldar xərclərin yaranma səbəblərini araşdırır, onların qarşısının alınması üçün təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
  • İş fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər verir;
  • Hava gəmilərinə göstərilən xidmətlərə dair çek-listlərin və digər sənədlərin düzgünlüyünü yoxlayır və uçotda əks etdirir;
  • Mühasibat sənədlərinin düzgün tərtibini, sistemli saxlanmasını və arxivə təhvil verilməsini təşkil edir və nəzarət edir;
  • Müəssisənin uçot siyasətinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir, uçot proseslərinin metodologiyasına rəhbərlik edir;
  • Dövlət büdcəsinə vergi və digər ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqı fonduna vəsait ayrılmasının tam və vaxtında həyata keçirilməsini təmin edir;
  • Vergilərin, ödənişlərin, habelə işçilərin mükafatlandırılması və digər daxili fondlara vəsait köçürülməsi əməliyyatlarını yerinə yetirir;
  • Mühasibat hesabatlarının, eləcə də vergi və statistik hesabatların tərtibi üçün lazımı məlumatları hazırlayır, yoxlayır və rəsmiləşdirir;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində, qənaət rejiminin və sənəd dövriyyəsinin optimallaşdırılmasında, daxili ehtiyatların aşkar edilməsində iştirak edir;
  • Tabeliyində olan mühasiblərə iş tapşırıqları verir, onlara metodiki kömək və tövsiyələr göstərir, iş nəticələrinə dair rəylər hazırlayır;
  • Tabeliyində olan işçilərin iş keyfiyyətinə, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir, səhvlərin qarşısını alır;
  • Müəssisənin digər şöbə və idarələri ilə maliyyə-uçot məsələləri üzrə sıx əməkdaşlıq edir, onlara mühasibat uçotu və vergi qanunvericiliyi ilə bağlı məsləhətlər verir;
  • Vergi orqanları, audit firmaları, sosial sığorta fondları və digər yoxlama qurumları ilə qarşılıqlı fəaliyyətdə bilavasitə iştirak edir, sorğulara cavab hazırlayır və tələb olunan sənədləri təqdim edir.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Maliyyə vəsaitlərinin əməliyyatlarını rəsmiləşdirməyi bacarmaq
  • Azərbaycan dili - əla; ingilis dili – yaxşı səviyyədə bilmək.
  • MS Office proqramlarındaa və anbar uçotu sistemlərindən istifadə bacarığı.

İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  • İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).
  • Maaş: 1000 AZN Net
  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bacarıqlar: Mühasibat uçotu, Vergi uçotu, Əmək haqqı uçotu, Maliyyə əməliyyatları, Anbar uçotu, MS Office, Azərbaycan dili, İngilis dili