Kibertəhlükəsizlik üzrə Menecer

Aviation Services Group

Şirkət
Aviation Services Group
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
17.12.2026

Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi axtarışını elan edir.

Vəzifə borcları:

  • Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək;
  • İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak etmək;
  • Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
  • Təhlükəsizlik insidentlərinin aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
  • Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqə qurmaq;
  • Əməkdaşların informasiya təhlükəsizliyi üzrə məlumatlılığının artırılmasında iştirak etmək;
  • Rəhbərliyin kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
  • Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
  • CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
  • Kompüter proqramları bilikləri: MS Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəifliklərin skan edilməsi alətləri
  • Kibertəhlükəsizlik və fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
  • ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
  • Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
  • Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
  • Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
  • Stres altında operativ qərar qəbul etmək bacarığı;
  • Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq;
  • Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri – yaxşı səviyyədə bilmək.

İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  • İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
  • Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bacarıqlar: İnformasiya təhlükəsizliyi, Kibertəhlükəsizlik, CompTIA Security+, ISO/IEC 27001, MS Office, Firewall, IDS/IPS, SIEM, EDR, Windows, Linux, NIST CSF