Hava Limanı Əməliyyatları İdarəsi/ Komendant

Azərbaycan Hava Yolları QSC

Şirkət
Azərbaycan Hava Yolları QSC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
22.11.2026
  • Təhkim edilmiş aeroport ərazisində yerləşən inzibati, xidməti və yardımçı binaların, otaqların və ümumi istifadə sahələrinin təmizliyinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək;
  • Təhkim edilmiş ərazidə mütəmadi baxışlar keçirmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək;
  • Bina və otaqların təsərrüfat təminatını təşkil etmək, əməkdaşlar üçün normal əmək şəraitinin yaradılmasına nəzarət etmək;
  • Təhkim edilmiş ərazidə yerləşən mebel, inventar və digər maddi-texniki vasitələrin qorunmasını və düzgün istifadəsini təmin etmək;
  • Təmizlik və təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
  • Müvafiq işlərin təşkili və aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Təhkim edilmiş ərazidə görülmüş işlər və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.

Tələblər

  • Təsərrüfat, inzibati idarəetmə və ya müvafiq sahələr üzrə iş təcrübəsi;
  • Təsərrüfat və texniki xidmət proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət bacarığı;
  • İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün düzgün təşkili bacarığı;
  • Yaranan problemləri operativ müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları tapmaq qabiliyyəti;
  • Təşəbbüskarlıq, çevik qərarvermə və yüksək məsuliyyətlilik.

İş rejimi: Növbəli;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Bacarıqlar: Təsərrüfat idarəetməsi, İnzibati idarəetmə, Texniki xidmət, İş planlaşdırılması, İşlərin təşkili, İcra nəzarəti, İşçi koordinasiyası, İş bölgüsü, Yanğın təhlükəsizliyi, Sanitariya-gigiyena