- Xidməti ərazilər üzrə radiorabitə, televiziya, radioyayım və digər radioşəbəkələr üzrə planlı və operativ radionəzarət tədbirlərini həyata keçirmək;
- Radiotezliklərin elektromaqnit uzlaşmasını qiymətləndirmək, efir məkanında küy səviyyəsini ölçmək və müvafiq texniki təhlillər aparmaq;
- Xidməti ərazilər üzrə fəaliyyət göstərən radiomonitorinq stansiyalarının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək, profilaktik texniki baxışlar keçirmək və nasazlıqların aradan qaldırılmasını təşkil etmək;
- Stasionar və səyyar radiomonitorinq vasitəsilə icazəsiz radiotezlik istifadəsini və kənar yayımları müəyyən etmək;
- Radioelektron vasitələrin (REV) texniki vəziyyətini və istismarının müvafiq icazə şərtlərinə uyğunluğunu yoxlamaq;
- Texniki baxış aktlarını hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək, REV-lərin möhürlənməsi və möhürlərinin açılması işlərini yerinə yetirmək;
- İcazəsiz istismar olunan REV-ləri aşkar etmək, onların uçotunu aparmaq və qeydiyyat məlumatlarının yenilənməsini təmin etmək;
- Radiomaneə mənbələrini müəyyənləşdirmək, müvafiq ölçmələr aparmaq və maneələrin aradan qaldırılması üçün tədbirlər görmək;
- Ölçmə və yoxlama nəticələri üzrə aktlar, arayışlar və hesabatlar hazırlamaq, daxil olan müraciət və sorğulara səlahiyyətləri çərçivəsində baxmaq;
- Təhkim olunmuş avadanlıqların və ölçü cihazlarının sazlığını və mühafizəsini təmin etmək, əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına tam riayət etmək.
Tələblər
- Telekommunikasiya, radiotexnika, elektrik və elektronika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
- Radiotexnika, telekommunikasiya, şəbəkə inzibatçılığı və ya radiomonitorinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Radiotezliklər, radioelektron avadanlıqlar və ölçmə prosesləri üzrə biliklər;
- Texniki nasazlıqları müəyyənləşdirmək, təhlil etmək və aradan qaldırmaq bacarığı;
- Ölçmə nəticələrini təhlil etmək, sistemləşdirmək, akt və hesabatlar hazırlamaq bacarığı;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi;
- Analitik və sistemli düşünmə;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Nəticəyönümlülük və iş proseslərini səmərəli təşkil etmək bacarığı.
Bacarıqlar: Radiomonitorinq, Radiotezliklər, Radioelektronika, Telekommunikasiya, Şəbəkə inzibatçılığı, Ölçmə prosesləri, Elektromaqnit uzlaşması, Texniki diaqnostika, Microsoft Office, Texniki hesabatlar, Sürücülük vəsiqəsi B