35 kV Yarımstansiya dispetçeri

Grand Agro MMC

Şirkət
Grand Agro MMC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
18.12.2026

Təsvir

  • 35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək;
  • Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq;
  • Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək;
  • Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək;
  • Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək;
  • Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək;
  • Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək;
  • Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək;
  • Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək.

Tələblər

  • Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili;
  • Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi;
  • 35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər;
  • Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı;
  • Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər;
  • Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması;
  • Növbəli iş rejimində işləyə bilməli;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Servislə təmin olunur
  • Təlim dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bacarıqlar: Yarımstansiya istismarı, Yüksək gərginlik, Güc transformatorları, Paylayıcı qurğular, Rele mühafizəsi, Elektrik sxemləri, Operativ qoşma, Elektrik təhlükəsizliyi, Yanğın təhlükəsizliyi