Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi

Qala Sığorta ASC

Şirkət
Qala Sığorta ASC
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
18.12.2026

Vəzifə öhdəlikləri:

  • Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran sualları cavablandırmaq və müvafiq məsləhətlər vermək;
  • Sığortalıların şikayət və müraciətlərini dinləmək, onların müvafiq tibb müəssisəsinə və ixtisaslı mütəxəssisə yönləndirilməsi ilə bağlı qərar qəbul etmək;
  • Sığorta hadisəsi barədə məlumat daxil olduqdan (sığortalının müraciətindən sonra) dərhal sığortalının müvafiq tibb müəssisəsinə yönləndirilməsini təmin etmək;
  • Sığortalıların müraciətləri barədə məlumatları müvafiq qeydiyyat bazasına daxil etmək;
  • Göstərilən tibbi xidmətlərdən sığortalıların məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlarla mütəmadi əlaqə saxlamaq;
  • Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicə prosesinin gedişatına və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək;
  • Klinikalar tərəfindən təqdim olunan reyestrləri müvafiq məlumat bazasına daxil etmək və emal etmək;
  • Daxili proqram təminatının məlumat bazasında əks olunan məlumatlar əsasında hesabatlar hazırlamaq;
  • Tibbi yardımın təşkili şöbəsinin gündəlik fəaliyyətinin həyata keçirilməsində iştirak etmək.

Tələblər

Namizədə dair tələblər:

  • Tibb sahəsi üzrə ali təhsil (müalicə işi ixtisası üzrə təhsili olan namizədlərə üstünlük verilir);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Ofis proqramlarından istifadə bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığı;
  • Analitik düşünmə, ünsiyyət və problemləri operativ həll etmə bacarığı.

Bacarıqlar: Tibb təhsili, Müalicə işi, Azərbaycan dili, Rus dili, İngilis dili, MS Office, Məlumat bazası, Hesabat hazırlama, Tibbi xidmətlər