Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatında fəaliyyəti müstəqil qiymətləndirəcək, daxili nəzarət və risk sistemlərinin effektivliyini təhlil edəcək və çatışmazlıqlar üzrə təkmilləşdirmə tədbirləri təklif edəcək mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
- Fəaliyyətin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarına və daxili prosedurlara uyğunluğunu audit etmək.
- Risk-əsaslı yanaşma ilə illik daxili audit planını hazırlamaq.
- Struktur bölmələrin, biznes proseslərinin və əməliyyatların müstəqil auditini aparmaq.
- Maliyyə, əməliyyat, İT və informasiya təhlükəsizliyi prosesləri üzrə yoxlamalar aparmaq.
- AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğu yoxlamaq.
- Daxili nəzarət mexanizmlərini qiymətləndirmək, nəzarət boşluqlarını və riskləri müəyyən etmək.
- Aşkar edilmiş çatışmazlıqların kök-səbəb analizini aparmaq və tövsiyələr hazırlamaq.
- Audit hesabatlarını hazırlayıb Direktora təqdim etmək.
- Tədbirlər planının icrasını monitorinq etmək və təkrar qiymətləndirmə aparmaq.
- Yeni məhsul və xidmətlərin tətbiqində, üçüncü tərəf təchizatçıların qiymətləndirilməsində iştirak etmək.
Tələblər
- Daxili audit, daxili nəzarət, komplayens, risk və ya maliyyə nəzarəti sahəsində minimum 2 il təcrübə.
- Maliyyə, iqtisadiyyat, hüquq, mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil.
- Ödəniş xidmətləri qanunvericiliyi və Mərkəzi Bankın tələbləri ilə tanışlıq.
- AML/CFT tələbləri üzrə ümumi anlayış.
- Daxili nəzarət və risk çərçivələri (COSO, IIA və s.) ilə tanışlıq.
- Audit yoxlaması aparmaq, sübut toplamaq və hesabat yazmaq bacarığı.
- Analitik düşüncə, obyektiv və müstəqil yanaşma, detallara diqqət.
- Azərbaycan dili — səlis; İngilis dili — orta (peşəkar materialları oxumaq üçün); Rus dili — arzuolunandır.
- Bank, BOKT və ya ödəniş sektorunda təcrübə, habelə peşəkar sertifikatlar (CIA, CISA və s.) üstünlükdür.
Bacarıqlar: Daxili audit, Daxili nəzarət, Risk idarəetməsi, Komplayens, İT auditi, İnformasiya təhlükəsizliyi, AML/CFT, COSO, IIA, Audit hesabatları, Ödəniş xidmətləri qanunvericiliyi, İngilis dili