Mingəçevir - Nəzarətçi

Unibank Kommersiya Bankı

Şirkət
Unibank Kommersiya Bankı
Şəhər
Mingəçevir
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
20.12.2026
  • Səlahiyyətli şəxslərin yüksək təhlükəsizlik zonasına daxil olmalarına nəzarətin həyata keçirilməsi;
  • Server otağının daxilində və ətrafında quraşdırılmış video nəzarət sistemlərinin daimi monitorinqi;
  • Avadanlıqların giriş və çıxışının nəzarətdə saxlanılması, materialların hərəkətinin yoxlanılması;
  • Xarici zədələnmələrin, yanğın və sızma hallarının vaxtında aşkarlanması məqsədilə binanın müntəzəm yoxlanılması;
  • Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
  • Girişə nəzarət sistemlərindən və yanğın sensorlarından daxil olan həyəcan siqnallarına operativ və adekvat reaksiya verilməsi;
  • Ziyarətlərin və baş vermiş hadisələrin müvafiq qaydada qeydiyyatının aparılması.

Tələblər

  • Ali təhsil;
  • Texniki təhlükəsizlik avadanlıqları ilə işləmək bacarığı;
  • Bank sektorunda iş təcrübəsi arzuolunandır;
  • Fiziki və texniki təhlükəsizliyin əsas prinsiplərini bilmək;
  • Müasir təhlükəsizlik sistemləri və video nəzarət avadanlıqları ilə işləmək bacarığı;
  • Stressə davamlı olmaq, fövqəladə hallarda təlimatlara ciddi riayət etmək və operativ reaksiya vermək bacarığı;
  • Qorunan zonalarda yanğın təhlükəsizliyi qaydaları və yanğınsöndürmə sistemləri barədə ilkin biliklərə malik olmaq.

Bacarıqlar: Video nəzarət sistemləri, Girişə nəzarət sistemləri, Yanğın sensorları, Təhlükəsizlik avadanlıqları, Fiziki təhlükəsizlik, Texniki təhlükəsizlik, Yanğın təhlükəsizliyi, Yanğınsöndürmə sistemləri, Hadisə qeydiyyatı