Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- Şirkətin hüquqi fəaliyyətinin təşkili və idarə edilməsi, hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması;
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi;
- Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması prosesinin idarə edilməsi;
- Müqavilə öhdəliklərinin icrasına nəzarət və müqavilə risklərinin qiymətləndirilməsi;
- Müştərilər, tərəfdaşlar, təchizatçılar və digər üçüncü tərəflərlə hüquqi məsələlərin tənzimlənməsi;
- Korporativ idarəetmə, şirkətdaxili qərarların, protokolların, əmrlərin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi müşayiətinin təmin edilməsi;
- Məhkəmə, arbitraj və digər mübahisələrin idarə edilməsi, zəruri hallarda şirkətin dövlət orqanları və digər qurumlar qarşısında təmsil edilməsi;
- Hüquqi məsələlərlə bağlı rəhbərliyə məsləhət və hüquqi rəy verilməsi;
- Hüquq və müqavilələr üzrə daxili prosedur, siyasət və qaydaların hazırlanması və təkmilləşdirilməsi;
- Hüquq komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və əməkdaşların peşəkar inkişafının dəstəklənməsi.
Tələblər
- Hüquq üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 6-7 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il təcrübə;
- Müqavilə hüququ, korporativ hüquq, kommersiya hüququ və mülki hüquq sahələrində dərin biliklər;
- Müqavilələrin hazırlanması, təhlili, danışıqların aparılması və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;
- Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl bilmək;
- Məhkəmə və mübahisələrin həlli proseslərinin idarə olunması üzrə təcrübə;
- Hüquqi sənədlərin hazırlanması və hüquqi rəylərin təqdim edilməsi bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində yaxşı işgüzar ünsiyyət bacarığı;
- Analitik düşünmə, strateji yanaşma, liderlik və qərarvermə bacarıqları;
- Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı.
Bacarıqlar: Müqavilə hüququ, Korporativ hüquq, Kommersiya hüququ, Mülki hüquq, Azərbaycan qanunvericiliyi, Müqavilə hazırlama, Hüquqi ekspertiza, Hüquqi risklərin qiymətləndirilməsi, Məhkəmə prosesləri, Arbitraj, İngilis dili, Rus dili