Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini təşkil etmək və idarə etmək;
- Daxili struktur bölmələrdən daxil olan satınalma sorğularını qəbul etmək, təhlil etmək və icrasını təmin etmək;
- Potensial təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəsi və qiymət danışıqlarının aparılması;
- Bazar araşdırması aparmaq, qiymət və keyfiyyət baxımından optimal təklifləri müəyyənləşdirmək;
- Satınalma sifarişlərinin və müqavilələrin hazırlanması və icrası prosesində iştirak etmək;
- Təchizatçılarla işgüzar münasibətləri qurmaq və inkişaf etdirmək;
- Satınalma proseslərinin şirkətin daxili prosedur və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Satınalma üzrə hesabatların hazırlanması və müvafiq sənədləşmənin aparılması.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Logistika və ya texniki istiqamətlər üzrə);
- Satınalma və ya logistika sahəsində 2-3 il iş təcrübəsi;
- Kommersiya təkliflərinin müqayisəli təhlili və optimal təchizatçının seçilməsi üzrə təcrübə;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- 1C, SAP, Oracle və ya digər ERP sistemləri üzrə praktiki biliklər.
- İT avadanlıqları (serverlər, kompüterlər, şəbəkə avadanlıqları və s.) üzrə satınalma təcrübəsi;
- Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar yazışma və kommersiya sənədləri ilə işləmək bacarığı, rus dili üstünlükdür;
Bacarıqlar: Satınalma, Logistika, Excel, ERP, 1C, SAP, Oracle, İT avadanlıqları, Kommersiya təklifləri, Bazar araşdırması, İngilis dili, Rus dili