Korporativ Arxitektor

Bir

Şirkət
Bir
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
21.12.2026

Biz əsas təşəbbüslərin arxitekturasını ilkin həll konsepsiyasından başlayaraq arxitektur qərarların qəbuluna, həllərin tətbiqinə və istehsal mühitində yoxlanılmasına qədər bütün mərhələlər üzrə idarə edəcək Korporativ Arxitektor axtarırıq.

Bu, praktiki işə əsaslanan (hands-on) vəzifədir. Siz mühəndislik və layihələrin icrası üzrə komandalarla gündəlik əməkdaşlıq edəcək, zəruri hallarda işlək prototiplər hazırlayacaq, həmçinin müasir süni intellekt və avtonom agentlərə əsaslanan proqramlaşdırma alətlərindən iş prosesinizin ayrılmaz hissəsi kimi istifadə edəcəksiniz.

Vəzifə öhdəlikləri

  • Ekosistem üzrə əsas təşəbbüslərin həll və korporativ arxitekturasını idarə etmək; təşəbbüslərin əhatə dairəsini, inteqrasiya nöqtələrini, hədəf arxitekturanı və icra imkanlarını müəyyənləşdirmək.
  • Arxitektur qərarları hazırlamaq, onları Arxitektura Komitəsində təqdim və əsaslandırmaq, həmçinin təsdiqlənmiş qərarların icrasını sonadək izləmək.
  • Məsuliyyət sahəsi üzrə mövcud və hədəf arxitektura təsvirlərini, o cümlədən sistemləri, API müqavilələrini, məlumat axınlarını və sistemlərarası asılılıqları aktual vəziyyətdə saxlamaq.
  • İcra komandaları tərəfindən hazırlanmış həll dizaynlarını nəzərdən keçirmək, onların texniki baxımdan mümkünlüyünü, platforma, informasiya təhlükəsizliyi və normativ tələblərə uyğunluğunu təmin etmək.
  • Məsuliyyət sahəsi üzrə arxitektur qərarların qeydlərini, sistem landşaftı sənədlərini və arxitektura aktivlərinin kataloqunu aparmaq və yeniləmək.
  • Proqram təminatının hazırlanması prosesinin süni intellekt vasitəsilə transformasiyasında iştirak etmək, arxitektura və proqram təminatının hazırlanması proseslərinə avtonom AI agentlərini inteqrasiya etmək.
  • Mühəndislik komandaları üçün arxitektura üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək və dizaynla bağlı sualların operativ həllinə dəstək göstərmək.

Tələblər

  • İT sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bankçılıq, fintech və ya genişmiqyaslı məhsul şirkətində Solution Architect və ya Enterprise Architect vəzifəsində ən azı 3 il iş təcrübəsi.
  • Paylanmış və yüksək yüklü sistemlər, mikroservislər, API-first inteqrasiyası, hadisə axınlarının emalı (event streaming) və müasir məlumat platformaları daxil olmaqla, genişmiqyaslı sistemlərin arxitekturasının hazırlanması və idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə.
  • Arxitektur qərarları arxitektura komitələrinə və biznes maraqlı tərəflərinə təqdim etmək, izah etmək və əsaslandırmaq bacarığı.
  • Arxitektura sənədləşdirilməsi sahəsində güclü praktiki təcrübə, o cümlədən arxitektur qərarların qeydlərinin (Architecture Decision Records), sistem landşaftı diaqramlarının və inteqrasiya spesifikasiyalarının hazırlanması.
  • Aşağıdakı dillərdən ən azı ikisində peşəkar iş səviyyəsində bilik: Azərbaycan, rus və ingilis dilləri. Hər üç dilə yiyələnmək üstünlük hesab olunur.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Bacarıqlar: Korporativ arxitektura, Həll arxitekturası, Mikroservislər, API inteqrasiyası, Event streaming, Məlumat platformaları, Arxitektura sənədləşdirilməsi, Architecture Decision Records, İnteqrasiya spesifikasiyaları, Süni intellekt, Avtonom AI agentləri, İngilis dili