Təcrübəçi — SmartDM Startup Təcrübə Proqramı

StartPM Advisory

Şirkət
StartPM Advisory
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
28.10.2026

Maraqlı və sürətlə inkişaf edən SmartDM startup layihəsi üçün gənc və həvəsli təcrübəçilər axtarırıq! 🚀

Əgər startup mühitini yaxından görmək, real biznes proseslərində iştirak etmək, yeni texnologiyalarla işləmək və karyerana praktiki təcrübə ilə başlamaq istəyirsənsə, SmartDM Təcrübə Proqramı sənin üçün yaxşı fürsətdir.

Biz hazır mütəxəssis axtarmırıq. Öyrənmək istəyən, enerjili, təşəbbüskar və özünü inkişaf etdirməyə hazır gənclər axtarırıq.

Təcrübə müddətində SmartDM komandasının real iş proseslərində iştirak edəcək, praktiki tapşırıqlar üzərində işləyəcək və startup-ın inkişafını içəridən görmək imkanı əldə edəcəksən.

Maraq və bacarıqlarından asılı olaraq Satış və Biznesin İnkişafı, Marketinq, Biznes Analitika, Müştəri Dəstəyi və Layihələrin Koordinasiyası istiqamətlərindən birində özünü sınamaq və inkişaf etmək imkanı olacaq.

Proqramda özünü yaxşı göstərən iştirakçılar üçün gələcəkdə SmartDM komandasında iş və karyera imkanı yarana bilər.

Təcrübən yoxdursa, problem deyil. Biz təcrübədən əvvəl potensiala və öyrənmək istəyinə baxırıq.

Tələblər

Bacarıqlar: Azərbaycan dili, MS Office, İngilis dili, Rus dili