Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilməlidir
Vəzifə öhdəlikləri:
Dərman preparatlarının qeydiyyatı ilə bağlı sənədləşmə
Dosyelərin yoxlanılması və nəzarəti
Partnyorlarla iş yazışmalarının aparılması
İçlik vərəqələrinin hazırlanması (Rus, Azərb.)
Ölkədaxili və xaricdə istehsal olan orijinal, hibrid və generik dərman vasitələrinin, qida əlavələrinin və tibbi vasitələrinin AR Səhiyyə Nazirliyinə qeydiyyat/yenidən qeydiyyat prosesi və qeydiyyat sənədlərinə dəyişikliklər üçün tələb olunan sənədlərin hazırlanması və təhlili
AR Səhiyyə Nazirliyi tərəfindən verilən rəylərin rus/ingilis dillərinə tərcüməsi və sənədlər toplusunu təqdim edən şirkətə ötürülməsi
AR Səhiyyə Nazirliyi ilə qarşılıqlı əlaqənin saxlanılması, qeydiyyat tədbirlərinin həyata keçirilməsi, dəyişikliklərin izlənilməsi
Qeydiyyat sənədlərini təqdim edən şirkətlərin elektron sorğularının cavablandırılması
İş şəraiti:
İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93)
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur
Əmək haqqı – (namizədin təcrübəsindən asılı olaraq dəyişir)
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Bacarıqlar: Əczaçılıq, Rus dili, İngilis dili, Word, Excel, Dərman qeydiyyatı, Sənədləşmə