Əməliyyat Risklərinin İdarə edilməsi Şöbəsinə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis

Rabitəbank Açıq Səhmdar Cəmiyyəti

Şirkət
Rabitəbank Açıq Səhmdar Cəmiyyəti
Şəhər
Bakı
İş rejimi
Ofisdə
Məşğulluq
Tam ştat
Son müraciət
01.11.2026

Vəzifə öhdəlikləri:

Ø Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;

Ø Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;

Ø Əməliyyat risklərinin azaldılması və aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər planı, əməliyyatlar üzrə limitlər hazırlamaq və tövsiyyələr vermək;

Ø Bank risk iştahasını ifadə edən və təyin edilmiş riskləri qiymətləndirən əmsallara nəzarəti təmin etmək;

Ø Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;

Ø Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;

Ø Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;

Ø Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;

Ø İlkin Sorğular və üzbəüz görüşlər keçirtmək;

Ø Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;

Tələblər

Ø Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);

Ø Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);

Ø MS Office proqramları ilə işləmək bacarığı;

Ø Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;

Ø Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;

Ø Yüksək kommunikasiya və təqdim etmə bacarığı.

Bacarıqlar: Əməliyyat risklərinin idarə edilməsi, Risklərin idarə edilməsi, Risk qiymətləndirməsi, Risk iştahası, Excel, PowerPoint, Data analizi, Hesabatlılıq, Biznes proseslərinin qiymətləndirilməsi, İnsident araşdırması, İngilis dili, Rus dili