Zeytun Pharmaceuticals MMC komandamıza peşəkar və məsuliyyətli Mühasib axtarır.
Namizədə tələblər:
Mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
MS Office proqramlarında sərbəst işləmək bacarığı
1C 8.3 proqramı üzrə mükəmməl bilik
Vergi və elektron sənəd dövriyyəsi üzrə biliklər
Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı
Vəzifə öhdəlikləri:
Alış və satış sənədlərinin 1C proqramında işlənməsi
Hesab qalıqlarının çıxarılması və onlara nəzarət edilməsi
Sığorta xidmətləri üzrə hesab-fakturaların və aktların hazırlanması və təsdiqlənməsi
Vergi və elektron qaimə əməliyyatlarının aparılması
Qaimələrin və qaytarılma sənədlərinin vergi portalına daxil edilməsi
Sərbəst apteklər və klinikalar üzrə satış qaimələrinin vergi sisteminə inteqrasiyası
Düzəliş və ləğv edilmiş qaimələrin təhlil edilməsi, uyğunsuzluqların aradan qaldırılması
Marketinq xidmətləri, sığorta və dərman qaimələrinin normativlərə uyğun hazırlanması və 1C sistemində işlənməsi
Aylıq və illik üzləşmələrin mütəmadi aparılması
Sərbəst və yeni apteklərlə müqavilələrin hazırlanması, təsdiqlənməsi, göndərilməsi və dövriyyəyə daxil edilməsi
Mal və xidmətlər üzrə vergi sənədlərinin hazırlanması
Bank və ödəniş əməliyyatlarının həyata keçirilməsi
Yerli və xarici ödənişlərin icrası
Ödəniş tapşırıqlarının hazırlanması
Hesablararası köçürmələrin həyata keçirilməsi
AQTİS ödənişlərinin icrası
Xarici iqtisadi əməliyyatların aparılması
Xarici hesab-fakturaların beynəlxalq standartlara uyğun hazırlanması
Xarici müqavilələrin E-Gov sistemində qeydiyyata alınması
Vergi və 1C sistemi üzrə aylıq və illik üzləşmələrin aparılması
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi
İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00
Nahar şirkət tərəfindən təmin edilir
Tibbi sığorta təqdim olunur
Əmək haqqı: 800–1000 AZN — namizədin bilik və təcrübəsindən asılı olaraq
Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.
Bacarıqlar: Mühasibat uçotu, MS Office, 1C 8.3, Vergi uçotu, Elektron sənəd dövriyyəsi, Elektron qaimə, Bank əməliyyatları, Ödəniş əməliyyatları, Xarici iqtisadi əməliyyatlar, E-Gov, AQTİS