Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
Rəqabət analizi və təhlillərin aparılması
Satışın artırılması istiqamətində aktivliklərin, kampaniyaların təşkil edilməsi və hesabatlılığın təmin edilməsi
Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi
Şirkətin satış komandasıyla yaxından əməkdaşlıq, satış komandasının müvafiq alətlərlə, materiallarla və təqdimatlarla təmin edilməsi və onların kommersiya məqsədlərinə nail olmasına imkan yaradılması
Mövcud biznes portfellərinin genişləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq xidmət təminatçıları və təchizatçıları ilə yeni tərəfdaşlıqların yaradılmasına dair variantların baxılmasının həyata keçirilməsi
Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması
Məhsulun bazar mövqeyinin izlənməsi və ehtiyat marketinq planlarının hazırlanması və proqnozlaşdırılması
Marketinq layihələri büdcəsinin idarəedilməsi
Rəqabətcil mühitin və istehlakçı trendlərinin davamlı analizinin aparılması
Şirkətin biznes-vizyon üzrə kommersiya strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi
İstehlakçı rəyini nəzərə alaraq uğurlu brend təşəbbüslərinə çevirilməsi
Şirkət tərəfindən təyin edilmiş biznes etiketinə uyğun olaraq, cavabdehlik daşıdığı kateqoriyanın fəaliyyətinin tənzimlənməsi
Şirkətin strateji marketinq planının icrasının həyata keçirilməsi və tabeliyində olan komandanın idarə edilməsi
Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi
Tələb olunan bilik və bacarıqlar:
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
Analitik düşüncəyə malik olması
Təqdimat proqramlarında işləmək bacarığı (Power BI, PPT, Visio və s.)
Excel, Word, Outlook proqramı üzrə biliklər (yüksək səviyyədə)
Kollektivdə işləmə və idarə etmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Bakalavr və ya magistr təhsili (Marketinq, Kommersiya, Biznesin idarə edilməsi və İqtisadiyyat sahəsində)
İş təcrübəsi: 5 il iş təcrübəsi (Marketinq sahəsi üzrə)
Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili səlis, İngilis dili səlis
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 09:00-18:00
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı
İşçilərə qayğı proqramı
Peşəkar komanda mühiti
Nahar
Şirkət hesabına korporativ nömrə
Təlim və inkişaf imkanları
Yanacaq xərci
Tibbi sığorta
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə "Marketinq üzrə Layihə Rəhbəri" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bacarıqlar: Bazar analizi, Rəqabət analizi, Marketinq strategiyası, Kommunikasiya strategiyası, Kampaniya idarəetməsi, Büdcə idarəetməsi, Komanda idarəetməsi, Power BI, PowerPoint, Visio, Excel, Word