İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsi
İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması
Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinə nəzarət və keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması
Anbarda nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, zərərvericilərə qarşı mübarizə, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması
Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
Sahələrdə risk analizinin aparılması
İstehsalat sahələrində sanitar tədbirlərinin vaxtında aparılması üçün iş planlarının hazırlanması
Nəzarət etdiyi proseslər üzrə risklərin dəyərləndirilməsinin həyata keçirilməsi, proseslərin effektivlik kriteriyalarına görə yoxlanılması
İstehsalata, anbara, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalara riayət edilməsinə nəzarət edilməsi
Keyfiyyət və təhlükəsizliyə təsir edə biləcək hal olduqda daxili kommunikasiya qaydalarına uyğun olaraq məlumatların zamanında rəhbərliyə bildirilməsi
Anbara geri qaytarılan və satışa yararsız malların utilizasiyasının prosedura uyğun həyata keçirilməsinə dair rəyin bildirilməsi
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərə hesabatların təqdim edilməsi
Tələb olunan bilik və bacarıqlar:
ISO 9001, ISO 22000 sertifikatlarının tələblərini bilmək
MS Office proqramlarından istifadə bacarığı
Problem və konfliktləri həll etmə bacarığı
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür)
İş təcrübəsi: minimum 3 il (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür)
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük
İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs)
Nahar və servis şirkət tərəfindən təmin olunur
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı
İşçilərə qayğı proqramı
Peşəkar komanda mühiti
Şirkət hesabına korporativ nömrə
Təlim və inkişaf imkanları
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə "Keyfiyyət üzrə Aparıcı Mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bacarıqlar: ISO 9001, ISO 22000, MS Office, Keyfiyyətə nəzarət, Risk analizi, Qida təhlükəsizliyi, Sanitar-gigiyenik normalar, Sənədləşmə