Qida məhsullarının içkilər və un məmulatlarının mikrobioloji analizlərinin aparılması
Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitar-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi
Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi
Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması
Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi
Tələb olunan bilik və bacarıqlar:
MS Office proqramları biliyi
Qanunvericiliyin əsaslarını (AZS, GOST, SANPİN, Metodik qaydalar), əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər
Laborator avadanlıqlardan istifadə qaydalarına dair biliklər
Müayinə metodikalarına dair biliklər
İstehsalatdan nümunələrin götürülmə qaydalarına dair biliklər
Hesabatların aparılması qaydalarına dair biliklər
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali bakalavr (Kimya, Qida sənayesi üzrə üstünlükdür)
İş təcrübəsi: Mikrobioloq (qida sahəsi üzrə) kimi minimum 2 il iş təcrübəsi
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük
İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs)
Nahar və servis şirkət tərəfindən təmin olunur
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı
İşçilərə qayğı proqramı
Peşəkar komanda mühiti
Şirkət hesabına korporativ nömrə
Təlim və inkişaf imkanları
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə "Mikrobioloq" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bacarıqlar: Mikrobioloji analiz, Qida mikrobiologiyası, MS Office, AZS, GOST, SANPİN, Laborator avadanlıqlar, Müayinə metodikaları, Nümunə götürülməsi, Hesabatların aparılması, İstehsalat sanitariyası, Əməyin mühafizəsi