Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Компания
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
22.11.2026
  • Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək;
  • Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
  • Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
  • Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək;
  • Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
  • Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
  • Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
  • Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
  • Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatın mövcudluğu zəruridir;
  • MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək;
  • Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır;
  • Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq;
  • Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
  • Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı;
  • Operativlik və doğru qərarvermə bacarığı;
  • Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.

Навыки: Ali təhsil, Təhsil layihələrinin idarəedilməsi, Beynəlxalq layihə sertifikatı, Excel, Word, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili, Layihə idarəetməsi, Məlumat toplama, Sorğular