Əsas vəzifə öhdəlikləri
- Layihələrin məqsədlərini, iş həcmini, icra müddətlərini, maliyyə və texniki resurslarını müəyyənləşdirmək, ətraflı layihə planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
- Layihə qrafiklərinə, müəyyən edilmiş mərhələlərə və resurs planına uyğunluğu izləmək, kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
- Layihə komandası üzvləri arasında iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirmək;
- Layihə portfelinin idarə olunması üzrə mövcud yanaşmaları təhlil etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və müvafiq inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;
- Layihələrin icrası zamanı riskləri, dəyişiklikləri və keyfiyyət göstəricilərini idarə etmək, problemlərin vaxtında müəyyənləşdirilməsini və həllini təmin etmək;
- Layihə üzrə maraqlı tərəflərlə effektiv kommunikasiyanı təşkil etmək, mütəmadi status görüşləri keçirmək, hesabatlar və təqdimatlar hazırlamaq;
- Layihələrin nəticələrini müəyyən edilmiş Əsas Fəaliyyət Göstəriciləri (KPI) əsasında qiymətləndirmək və əldə olunan nəticələrin təhlilində iştirak etmək;
- Jira platforması vasitəsilə layihə tapşırıqlarının, icra statuslarının və layihə məlumatlarının sistemli şəkildə izlənilməsini təmin etmək;
- Təşkilatın strateji hədəflərinin və təşəbbüslərinin icrasının koordinasiyasına dəstək göstərmək
Tələblər
- Ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
- Layihələrin idarə olunmasının əsas metodologiyaları, alətləri və prinsipləri üzrə nəzəri və praktiki biliklər;
- Jira Software/Jira Service Management platformalarında layihələrin idarə olunması və izlənilməsi üzrə yaxşı biliklər;
- Layihə planlarının hazırlanması, tapşırıqların koordinasiyası, icra müddətlərinin və resursların idarə olunması bacarığı;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə biliklər;
- KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin təhlili bacarığı;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Hesabatların və təqdimatların hazırlanması, məlumatların strukturlaşdırılması və nəticələrin təqdim edilməsi bacarığı;
- Maraqlı tərəflərlə effektiv ünsiyyət, komanda işi və koordinasiya bacarıqları;
- Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
- Yüksək məsuliyyətlilik, dürüstlük, təşəbbüskarlıq və nəticəyönümlülük.
Üstünlük hesab olunur
- Beynəlxalq layihə idarəetmə sertifikatlarının olması;
- Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi, proseslərin modelləşdirilməsi üzrə təcrübə;
- İT və rəqəmsallaşma layihələrinin idarə olunması üzrə təcrübə;
- Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
Навыки: Layihə idarəetməsi, Jira Software, Jira Service Management, Risk idarəetməsi, KPI analitikası, Hesabat hazırlama, Təqdimat hazırlama, Biznes proseslərinin təhlili, Proses modelləşdirilməsi, İT layihələri, Azərbaycan dili, İngilis dili