- Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.
- Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.
- Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş limitlər daxilində saxlamaq.
- Xammalın düzgün siloya yönləndirilməsini və müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.
- Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə etmək.
- İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz verilməsini təmin etmək.
- İdarəetmə panelindəki göstəriciləri, xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.
- Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.
- İş prosesi zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.
- İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi qaydada təmizlənməsini təmin etmək.
- Növbənin sonunda işi təhvil vermək və növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat vermək.
- Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.
- Rəhbərlik tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili (əla)
Навыки: Silo əməliyyatları, Xammal qəbulu, Konveyer idarəetməsi, Şnek idarəetməsi, Klapan idarəetməsi, Dozalama sistemləri, Avtomatlaşdırma sistemləri, İstehsalat avadanlıqları, Əməyin mühafizəsi, Azərbaycan dili