- Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
- Sosial şəbəkələrdən və satış platformalarından daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü növbəli və qısa iş günüdür)
- Əmək haqqı: Müsahibə əsasında
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Tələblər
Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
- İş təcrübəsi : Satış sahəsi üzrə minimum 2 il iş təcrübəsi (İT və zəif axın sistemləri haqqında biliklər, videomüşahidə kamera sistemlərinin satışı sahəsində təcrübə üstünlükdür)
- MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Rus dili (Əla) , İngilis dili (arzu olunan)
- Satış sahəsinin nəzəri və praktiki bilikləri.
Biz təklif edirik
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
Навыки: Satış, Müştəri xidməti, CRM, MS Office, Rus dili, İngilis dili, İT, Zəif axın sistemləri, Videomüşahidə sistemləri