Motion dizayner

Pro Media Group

Компания
Pro Media Group
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
19.11.2026
  • Radio stansiyalarının sosial media hesabları üçün animasiyalı videoçarxlar, motion graphics və kreativ vizual materiallar hazırlamaq.
  • Radio verilişlərinin maraqlı audio fraqmentləri əsasında hərəkətli mətnlər, dinamik tipoqrafiya və animasiyalı videolar yaratmaq.
  • Reklam çarxları, kampaniyalar və xüsusi layihələr üçün yaradıcı ideyalar, vizual konsepsiyalar və animasiya həlləri hazırlamaq.
  • Loqoların, mətnlərin və qrafik elementlərin 2D animasiyasını, zərurət olduqda isə 3D animasiyalarını hazırlamaq.
  • Videolara vizual effektlər, keçidlər və digər post-production elementləri əlavə etmək.
  • Yayım və marketinq komandaları ilə əməkdaşlıq edərək layihələrin vizual üslubunu və kreativ istiqamətini formalaşdırmaq.
  • Sosial media trendlərini izləmək və aktual animasiya üslublarını layihələrdə tətbiq etmək.
  • Adobe After Effects, Adobe Illustrator və digər müvafiq proqramlardan istifadə edərək keyfiyyətli vizual kontent hazırlamaq.
  • Hazırlanan materialların texniki keyfiyyətinə, vizual bütövlüyünə və brend üslubuna uyğunluğuna nəzarət etmək.

Tələblər

  • Motion Design sahəsində minimum 2 il iş təcrübəsi.
  • Adobe After Effects və Adobe Premiere Pro proqramlarını yaxşı səviyyədə bilmək.
  • Adobe Illustrator və Adobe Photoshop proqramlarında işləmək bacarığı.
  • Motion Graphics, 2D animasiya və vizual effektlər üzrə biliklərə sahib olmaq.
  • Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında təhvil vermək bacarığı.
  • Əvvəlki işlərini əks etdirən portfolio təqdim etmək.

Навыки: Motion Design, Adobe After Effects, Adobe Premiere Pro, Adobe Illustrator, Adobe Photoshop, Motion Graphics, 2D animasiya, Vizual effektlər, Portfolio