Maaş: 2000
JYSK Azerbaijan komandasına HR Business Partner (HRBP) axtarır!
Biz HR sahəsində təcrübəli, strateji düşüncəyə malik və biznesin inkişafına töhfə verməyə hazır peşəkar axtarırıq.
Əsas vəzifələr:
- HR strategiyasının həyata keçirilməsi və rəhbərlərə HR məsələləri üzrə dəstək göstərilməsi.
- İşə qəbul və yeni əməkdaşların adaptasiya proseslərinin idarə edilməsi.
- Əməkdaşların təlim və inkişaf proqramlarının təşkili, kadr ehtiyatının formalaşdırılması.
- HR göstəricilərinin təhlili, kadr axınının azaldılması və əməkdaşların şirkətdə saxlanılması üzrə tədbirlərin görülməsi.
- HR komandasının idarə edilməsi və HR layihələrinin həyata keçirilməsi.
- Əmək qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə riayət olunmasının təmin edilməsi.
Namizədə tələblər:
- HR, menecment, psixologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.
- HR sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə.
- Komandanın idarə edilməsi, HR analitikası və əməkdaşların inkişafı üzrə bacarıqlar.
- Azərbaycan və rus dillərini sərbəst bilmək.
- İngilis dili biliyi üstünlükdür.
Biz nə təklif edirik:
- Beynəlxalq şirkətdə işləmək imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi.
- Biznesin inkişafına təsir göstərmək və beynəlxalq HR layihələrində iştirak etmək imkanı.
- Əmək haqqı: 2000 AZN
Навыки: HR strategiyası, İşə qəbul, Onboarding, Təlim və inkişaf, HR analitikası, Kadr ehtiyatı, Əmək qanunvericiliyi, Komanda idarəetməsi, Azərbaycan dili, Rus dili, İngilis dili