Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi
- İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi
- Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması
- İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi
- Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması
- Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi
- İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması
- Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli
- Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması
- Vakansiya elanlarının hazırlanması və paylaşılması
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a job
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak
- Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması
- Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili
- İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür)
- Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 2-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı
- Elektron Hökümət Portalları ilə (ƏMAS), İSB işləmə bacarığı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
- MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı
- Rus dili və İngilis dili biliyi üstünlükdür
- Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı
- Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı
- Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq
- Çoxşaxəli iş mühitində işləmək bacarığı
- İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır
- Yalnız-xanım namizədlər tələb olunur
İş şəraiti:
- İş saatları: Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
- İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü)
- Nahar fasiləsi: 13:00-14:00
- İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
- Əmək haqqı: Müsahibə əsasında
Навыки: ƏMAS, İSB, Əmək qanunvericiliyi, Əmək Məcəlləsi, Excel, Rus dili, İngilis dili, İşə qəbul, Məzuniyyət uçotu, Davamiyyət uçotu, HR hesabatları, Miqrasiya sənədləri