Core Construction MMC çilingər vəzifəsi üzrə peşəkar və məsuliyyətli əməkdaşların vakansiyaya müraciətlərini qəbul edir.
Vəzifə öhdəlikləri:
- Mexaniki avadanlıq və qurğuların təmiri, quraşdırılması və texniki xidmətinin həyata keçirilməsi
- Metal hissələrin və mexaniki birləşmələrin təmiri və sazlanması
- İş alətləri və avadanlıqlardan təyinatına uyğun istifadə edilməsi
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması
Namizədə dair tələblər:
- Çilingər sahəsində iş təcrübəsinin olması arzuolunandır
- Texniki biliklərə və praktiki bacarıqlara malik olmaq
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığına sahib olmaq
İş şəraiti:
- İş yeri Kəlbəcər rayonunda yerləşir
- Yemək və yaşayış yeri şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Çilingər” qeyd olunmalıdır.
Навыки: Mexaniki təmir, Avadanlıq quraşdırılması, Texniki xidmət, Metal təmiri, Mexaniki sazlama, Texniki təhlükəsizlik