Ümumi məlumat
Əsas və yardımçı avadanlıqların, yükqaldıran
maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək,
təmir etmək və yığmaq
Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə,
onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin
şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə
yetirmək
Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
Təmirdən
sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara
buraxılmasını təşkil etmək
Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq
altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq
və yoxlamaq
Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
Qol boru və keçidləri yerində hazırlamaq
Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri
yığmaq
Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən
material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək
Şirkətdə mövcud olan kanalizasiya
qurğularını təmizləmək
Santexnik boruları, birləşmələri, qızdırıcı, su, qaz və drenaj sistemlərini
nizamlayan qurğuları müvafiq normalar çərçivəsində montaj etmək, quraşdırmaq,
texniki xidmət göstərmək və təmir etmək.
Şirkətin inzibatı binasında baş verən santexnik problemlərinin aradan qaldırmaq
Struktur rəhbərinin göstərişinə əsasən şirkətin inzibatı binasına mütəmadi
texniki baxışlar keçirmək
Rəhbərlik
tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək
Öhdəliklər
1.
Rəhbərliyin özünün fəaliyyətinə aid qərarları ilə
tanış olmaq.
2.
Vəzifə funksiyalarının icrası üçün lazım olan
Şirkətin bütün korporativ hüquqi aktlarını, prosedur, qayda və təlimatlarını,
rəhbərliyin əmr, sərəncam, göstərişlərini və digər sənədləri tələb etmək.
3.
Vəzifə funksiyalarının icrası zamanı Şirkətin bütün
əməkdaşlarından Şirkətin prosedur və qaydalarına əməl edilməsini tələb etmək.
4.
Vəzifə funksiyalarının icrası və rəhbərinin
göstərişlərinin həlli zamanı Şirkətin müvafiq struktur bölmələri ilə əməkdaşlıq
etmək.
5.
Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə
hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək.
6.
Vəzifə funksiyalarının icrası üçün Şirkətin
korporativ hüquqi aktları, prosedur, qayda və təlimatları, rəhbərliyin əmr,
sərəncam, göstərişləri ilə müəyyən edilmiş uyğun iş şəraitinin yaradılmasını
tələb etmək.
7.
Vəzifə funksiyalarının icrası üçün müvafiq prosedur
və qaydalara əsasən Şirkətin maddi-texniki bazasından istifadə etmək.
Vəzifə funksiyalarının
icrası üçün lazım olan məlumatları müvafiq prosedur və qaydalara əsasən Şirkətin
bütün struktur bölmələrindən tələb etmək.
Tələblər
Tələb olunan sahədə minimum 1 il təcrübə
Fiziki cəhətdən sağlam olmaq
Навыки: Takelaj işləri, Mexaniki təmir, Avadanlıq montajı, Təzyiq sınağı, Yük sınağı, Boru quraşdırılması, Yivli birləşmələr, Flanslı birləşmələr, Kanalizasiya təmizlənməsi, Santexnika sistemləri, Qaz sistemləri, Drenaj sistemləri